“Heç kim gözləmir ki, Bakıda qələbə bizim olacaq”
10.01.2012 - 09:39
“Heç kim gözləmir ki, Bakıda qələbə bizim olacaq”
“Heç kim gözləmir ki, qələbə bizim olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Almaniyanın “Dresdner” klubunun voleybolçusu Kerstin Çerlixə məxsusdur.

Bu gün Çempionlar Liqasının V turu çərçivəsində Drezden təmsilçisi Bakının “Rabitə” klubunun qonağı olacaq. Almanların liberosunun sözlərinə görə, onlar autsayder olsalar da, bunu meydanda hiss etdirməməyə çalışacaqlar: “İstənilən halda biz təyziq hiss etmirik. Ona görə də hamını təccübləndirməyimiz mümkündür”.

Qeyd edək ki, “Rabitə” – “Dresdner” matçı saat 17:00-da başlayacaq.