“Azərbaycan çempionu ilə oyun yetirmələrim üçün böyük sınaqdır” - FOTO
10.01.2012 - 09:52
“Bu yetirmələrim üçün böyük bir sınaqdır”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Dresdner” voleybol klubunun baş məşqçisi Aleksandr Vaibl deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının V turunda qarşılaşacaqları “Rabitə” ilə oyun barədə fikirlərini açıqlayıb. O bildirib ki, bu gün Bakıda baş tutacaq matçın cütü Azərbaycan çempionudur: “Rabitə” dünyanın ən güclü komandalarından biridir. Onlar Dohada keçirilən son klublararası dünya çempionatının qalibidirlər. Biz isə debütant olduğumuzdan heç bir təzyiqlə üzləşmirik”.
Qeyd edək ki, Almaniyada keçirilən ilk matçda Bakı klubu 3:0 hesabı ilə qələbə qazanmışdı.

0
0