Françeska Piççinini: “Azərreyl”lə oyun böyük savaş olacaq
10.01.2012 - 10:17
“Mən artıq özümü yaxşı hiss edirəm. Zədədən sonra tam bərpa olunmuşam. Tezliklə ən yaxşı formama qayıdacağıma ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Foppapedretti” klubunun voleybolçusu Françeska Piççinini deyib.
Komandasının kapitanı Çempionlar Liqasının V turunda oynayacaqları Bakının “Azərreyl” klubu ilə görüşü şərh edib. İtaliya milli komandasının da aparıcı voleybolçusu bildirib ki, Bakıdakı 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar: “Azərreyl”lə oyun böyük savaş olacaq. Buna görə də biz bu matça bütün gücümüzü ortaya qoymalıyıq və layiqli qələbə qazanmalıyıq”.
Qeyd edək ki, “Foppapedretti” – “Azərreyl” oyunu yanvarın 12-də olacaq.

0
0