“Azərreyl”i “Tomis”in aqibəti gözləyir
10.01.2012 - 10:45
“Biz ölkə çempionatında qələbələrimizi sıralayırıq. Həmin bu ardıcıllıqla Çempionlar Liqasında da oynamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər İtaliyanın “Foppapedretti” voleybol klubunun baş məşqçisi David Mazzantiyə məxsusdur.
O, yanvarın 12-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Berqamoda qəbul edəcəkləri Bakının “Azərreyl” klubunu məğlub edəcəklərinə inanır. Mazzantinin sözlərinə görə, Azərbaycan komandasını IV turda qalib gəldikləri Rumıniya “Tomis”inin aqibəti gözləyir: “Biz “Tomis”lə oyunda əldə etdiyimiz uğuru təkrarlamağa çalışacağıq. Ümid edirik ki, bizim gənc voleybolçumuz Naomi Sindnorile daha bir möhtəşəm matç keçirəcək. O, təcrübəli oyunçularımızla əla vəhdət təşkil edəcək”.
Qeyd edək ki, Bakıda “Foppapedretti”yə 3:1 hesabı ilə qalib gələn “Azərreyl” qrupun vahid lideridir.

0
0