Bürünc mükafatçımız çətin sınaq qarşısında
10.01.2012 - 21:13
Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu yarışda ölkəmizi təmsil edən Super Liqanın bürünc mükafatçısı “İqtisadçı” İtaliyada “Yamamay” klubunun qonağı olacaq.
Oyununun aşkar favoriti Apennin təmsilçisidir. Çünki Busto Arsizio klubu ötən mövsümlə müqayisədə bu il çox güclüdür və hətta İtaliya A seriyasında 11 oyundan sonra maksimum – 33 xalla turnir cədvəlinin vahid lideridir. Bunun üçün də 2 il öncə Bakıda analoji yarışın qalibi olan “Yamamay”ın doğma divarlar arasında “İqtisadçı”ya uduzacaqları inandırıcı görünmür.
Bundan əlavə, matç ərəfəsində baş məşqçi Emanule Sbanonun Bakı klubundan kənarlaşdırması da universitet komandasının əleyhinədir. “İqtisadçı”nı isə səfər oyununa müəyyən müddətdir burada köməkçi məşqçi işləyən Eldar Əliyev çıxaracaq. Düzdür, sabiq beynəlxalq dərəcəli referi komandanı çox yaxşı tanıyır. Lakin “Yamamay” kimi klubla onun sensasiyaya imza atması çətindir. Çünki onların 1/16 final mərhələsində mübarizədən kənarlaşdırdığı Rumıniya “Dinamo-Rompresti” ilə müqayisədə Busto Arsizio təmsilçisi çox güclü voleybolçulara malikdir və bu mövsüm hələ ki məğlubedilməzdirlər.
11 yanvar
1/8 final mərhələsi, ilk oyun
23:30. “YAMAMAY” (İTALİYA) – “İQTİSADÇI” (AZƏRBAYCAN)
Hakimlər: İskra Zidaniç (Xorvatiya), Lemonia Moula (Yunanıstan)
Palayamayay Busto Arsizio
Qeyd edək ki, cavab oyunu yanvarın 19-da Bakıda keçiriləcək.

0
0