Karlo Parisi Bakıda qələbə istəyir
11.01.2012 - 00:02
“Rəqibimiz tanınmış və güclü komandadır. Bu oyuna çox ciddi yanaşmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” voleybol klubunun baş məşqçisi Karlo Parisi deyib.
O, bu gün keçiriləcək CEV kubokunun 1/8 final mərhələsinin ilk oyununda “İqtisadçı” ilə görüş üçün fikirlərini açıqlayıb. A seriyasında bu mövsümün arxada qalan 11 turunda məğlubiyyət acısı yaşamayan Busto Arsizio təmsilçisinin çalışdırıcısı bildirib ki, Bakı komandasının heyətində bir sıra tanınmış voleybolçular yer alıb: “Bunlardan hollandiyalı Alisa Blom və braziliyalı Kristina Fernanda Ferreyranı çox yaxşı tanıyırıq. Digər 2 hücumçunu da qiymətləndirməliyik. Braziliyalı Erika Koimbri və amerikalı Tayyubu Xaneef-Park təhlükəli olduqlarından ehtiyatlı olmalıyıq. Rəqib xüsusilə top qəbulunda bizə problem yarada bilər. Növbəti həftədə bizi Azərbaycana səfər gözlədiyindən bu dəfə qələbə qazanaraq, üstünlük əldə etmək istəyirik”.
Qeyd edək ki, “Yamamay” – “İqtisadçı” matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

0
0