Natalya Məmmədova oynadı, qonaqlar baxa-baxa qaldı - FOTO
10.01.2012 - 18:51
Natalya Məmmədova oynadı, qonaqlar baxa-baxa qaldı - FOTO
Qadın voleybolçular arasında Çempionlar Liqasının V turunda “Rabitə” (Azərbaycan) – “Dresdner” (Almaniya) görüşünün ən yaxşısının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Nataşa Osmokroviçin zədə səbəbindən oynamadığı qarşılaşmanın qəhrəmanı Natalya Məmmədova olub.

Komandamızın kapitanı 3:0 hesabı ilə qalib gəldikləri matçda 20 xal toplayıb. Digər voleybolçularımıza gəlincə, Sanya Staroviç 11, Mira Qoluboviç 10, Nataşa Krsmanoviç 9, Dobriana Rabadjiyeva 5, Kimberli Qlass 4 və İrina Jukova 2 dəqiq zərbə vurublar.

“Dresdner”in heyətində isə Yudit Pyetersen və Robin de Kruiyf daha dəqiq olublar. Onlar Azərbaycan çempionundan hərəyə 9 xal alıblar.

Qeyd edək ki, Almaniya çempionu üzərində qazanılan qələbə “Rabitə”ni müvəqqəti də olsa, qrup liderliyinə yüksəldib.