Qələbə şərhi
11.01.2012 - 09:34
Qələbə şərhi
“Biz bu oyunda istədiyimiz nəticəyə imza atdıq. Yetirmələrim çox yaxşı oynadılar”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib.

O, qadın voleybolçular arasında Çempionlar Liqasının V turunda Almaniyanın “Dresdner” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan razı qalıb. Serbiyalı mütəxəssis bildirib ki, komandası maraqlı oyun nümayiş etdirib: “Mən nəticədən razı qaldım. Fikrimcə, görüş maraqlı alındı və layiqli qələbə qazandıq”.

Qeyd edək ki, “Dresdner” üzərində qazanılan qələbə “Rabitə”ni müvəqqəti qrup lideri edib.