“Vakıfbank TTelekom” liderliyə yüksəldi
11.01.2012 - 10:05
“Vakıfbank TTelekom” liderliyə yüksəldi
Çempionlar Liqasında Bakının “Azərreyl” voleybol klubunun yer aldığı D qrupunda 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Rumıniya “Tomis”i Türkiyənin “Vakıfbank TTelekom” komandasını qəbul edib.

Oyun gözlənildiyi kimi, Çempionlar Liqasının son qalibi olan İstanbul təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb. Onlar səfərdə 3:0 (25:18, 25:19, 25:23) hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, bu görüşdən sonra aktivinə 3 xal əlavə edən “Vakıfbank TTelekom” müvəqqəti də olsa, birinci pilləyə yüksəlib. Rəqibindən 1 oyun az keçirən “Azərreyl” isə sabah “Foppapedretti” (İtaliya) ilə qarşılaşacaq.

Vakıfbank TTelekom54112-5399-34111
Azərreyl43111-4347-31410
Foppapedretti4136-9311-3294
Tomis5143-11331-4042