Klublarımızdan Bakı və Splitdə darmadağın - YENİLƏNİB
11.01.2012 - 21:25
Azərbaycanı qadın voleybolçular arasında “Çelenc Cup”da təmsil edən “Lokomotiv” və “Bakı” klubları bu gün 1/16 final mərhələsinin ilk oyununa çıxıblar. Apasport.az saytının məlumatına görə, paytaxt klublarından biri evdə, digəri səfərdə qüvvəsini sınayıb.
Yarışa II təsnifat mərhələsindən başlayan və Macarıstanın “Vaşaş” klubunu mübarizədən kənarlaşdıran “dəmiryolçular” bu dəfə Xorvatiyanın “ZOK Split” komandasının gücünü yoxlayıblar. Lakin Split şəhərində baş tutan oyunun Draqutin Baltiçin yetirmələri üçün heç də asan keçməyəcəyi gözlənilsə də, hesabda bunun əksi qeydə alınıb.
Avrokuboka “Çelenc Cup”dan daha səviyyəli CEV kubokunda başlayan və burada kifayət qədər güclü olan Krasnodar “Dinamo”suna uduzan rəqib “Lokomotiv” qarşısında da aciz olub. Düzdür, xorvatlar ilk setdə ciddi müqavimət göstəriblər. Lakin həmyerlilərimiz birinci texniki fasiləyə 4 top öndə yollanan ev sahiblərini buna görə pis cəzalandırıblar. Voleybolçularımız hesabı bərabərləşdirdikdən (9:9) sonra daha inamlı təsir bağışlayıblar və 25:18 hesabı ilə qalib gəliblər.
Bunun ardınca daha 2 setdə güclü olan “Lokomotiv” “ZOK Split”in evdə 1 set qazanmasına belə imkan verməyib və ilk oyunu 3:0 hesabı ilə qələbə qazanıb. “Dəmiryolçular” növbəti görüşlərini Bakıda keçirəcəklərindən mərhələ adlamaq şanslarını əldən verəcəkləri inandırıcı deyil.
İlk 2 mərhələdə Kiprin “Famaqusta” və Fransanın “Evre” klublarından güclü olan “Bakı” isə “Apollon”u qəbul edib. “Çelenc Cup”ın debütantı olan Ancelo Vercesinin komandası gözlənilən kimi bu dəfə də kiprlilərə asanlıqla qalib gəlib.
Belə ki, hazırda çox güclü heyətə malik olan bakılılar ilk setdə hər 2 texniki fasiləyə öndə çıxıblar (8:5, 16:12). Bunun məntiqi nəticəsi olaraq, komandamız yekunda 25:20 hesablı qələbəyə sevinib.
Lakin ikinci hissə voleybolçularımız üçün heç də yaxşı başlamayıb. CEV kubokunun 1/16 final mərhələsində “Qalatasaray”a uduzan “Apollon” “Çelenc Cup”da da məğlub olmaq istəmədiyindən bütün gücünü ortaya qoyub və hətta 4 top önə keçiblər – 5:1. Bundan sonra da onlar təşəbbüsü əldən verməyiblər. Lakin ilk və ikinci texniki fasilələrdə də öndə olan rəqib tezliklə “zərərsizləşdirilib”. 16:14 hesabı ilə fasilədən qayıdan kiprlilər sonda 19:25 hesabı ilə uduzublar.
Üçüncü set isə komandamız üçün asan keçib. Artıq məğlubiyyətlə barışan qonaqlar tezliklə məğlubiyyətlə barışıblar – 13:25. Beləliklə, “Çelenc Cup”da keçirdiyi 5-ci oyunu da qələbə ilə başa vuran “Bakı” Kipr səfərində də qalib gələcəyi halda, daha bir mərhələ adlayacaq. Əgər rəqib onların uğurunu təkrarlayarsa, qalib “Qızıl set”də müəyyənləşəcək.
11 yanvar
1/16 final mərhələsinin ilk oyunları
“BAKI” (AZƏRBAYCAN) – “APOLLON” (KİPR) - 3:0 (25:20, 25:19, 25:13)
Hakimlər: Kirill Nesterenko (Rusiya), Qad Eyzikovits (İsrail)
Bakı İdman Sarayı
“ZOK SPLİT” (XORVATİYA) – “LOKOMOTİV” (AZƏRBAYCAN) - 0:3 (18:25, 21:25, 15:25)
Hakimlər: Antonello Kalleja (Malta), Kristof Lekourt (Fransa)
Spaladium Arena Split
Qeyd edək ki, cavab oyunları 1 həftə sonra olacaq.

0
0