“Azərreyl” bacarmadı
13.01.2012 - 01:26
Qadın voleybolçular arasında Çempionlar Liqasının V turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun axırıncı oyun günündə D qrupunda yer alan Bakının “Azərreyl” klubu İtaliyada “Foppapedretti” (İtaliya) ilə qarşılaşıb.
Berqamoda baş tutan oyun “dəmiryolçular” üçün uğursuz başlayıb. İndiyədək İtaliyada keçirilən görüşdə komandalarımız qələbəyə həsrət qalıb ki, bu dəfə də istisna olmayıb.
İlk 2 setdə rəqibinə uduzan “Azərreyl” yalnız üçüncüdə özünə gəlib. Amma italiyalılar qarşılaşmanın tay-brekə qədər uzanmasına imkan verməyiblər. Dördüncü seti də qazanan “Foppapedretti” qazandığı xalların sayını altıya çatdırıb. “Azərreyl” isə uduzmaqla, turnir cədvəlində zirvəyə qalxmaq şansını itirib.
Bununla belə, təmsilçimiz pley-off mərhələsinə vəsiqəni təmin edib.
12 yanvar
V tur
“FOPPAPEDRETTİ” (İTALİYA) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:1 (25:23; 25:18; 22:25; 25:21)
Hakimlər: İqor Porvaznik (Slovakiya), Vassilis Raptis (Yunanıstan)
Palazzetto dello Sport Treviglio
Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanın digər təmsilçisi “Rabitə” V turda Almaniya “Dresdner”inə qalib gəlib.

Vakıfbank TTelekom | 5 | 4 | 1 | 12-5 | 399-341 | 11 |
---|---|---|---|---|---|---|
Azərreyl | 5 | 3 | 2 | 12-7 | 434-411 | 10 |
Foppapedretti | 5 | 2 | 3 | 9-10 | 408-416 | 7 |
Tomis | 5 | 1 | 4 | 3-11 | 331-404 | 2 |

0
0