“İqtisadçı” İtaliyada problemlə üzləşib - FOTO
11.01.2012 - 17:18
“İqtisadçı” klubunun braziliyalı voleybolçusu Erika Koimbra ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, hücumçu bu gün CEV kubokunun 1/8 final mərhələsinin İtaliyanın “Yamamay” klubu ilə ilk görüşündə meydana çıxa bilməyəcək.
Buna səbəb onun ayağında damar tıxanıqlığının olmasıdır. Nəticədə ayağı şişən Erika əməliyyat etməyi planlaşdırır: “Mən xəstəxanaya damar tıxanıqlığını aradan qaldırmağa gedirəm. Bizə lazımdır ki, ayaq açılsın və qan yenidən adi rejimdə dövr etsin. Xoşbəxtlikdən məni həkim daim nəzarətdə saxlayır. Mən 3 həftədən sonra meydana qayıdacağam. Ümid edirəm ki, bu daha tez olacaq”.
Qeyd edək ki, Koimbra “İqtisadçı”ya bu mövsüm transfer olunub.

0
0