“Fənərbaxça” yenidən “Rabitə”ni qabaqladı
12.01.2012 - 00:06
“Fənərbaxça” yenidən “Rabitə”ni qabaqladı
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin yer aldığı B qrupunda V turun digər oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bu matçda “Fənərbaxça” (Türkiyə) “Myulhaus” (Fransa) klubunu qəbul edib.

Oyun gözlənildiyi kimi, İstanbul təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn “sarı-lacivərdlilər” ikinci hissəni 9 top öndə bitiriblər – 25:16. Son set isə “Fənərbaxça” rəqibinə cəmi 12 xal güzəştə gedib (25:12).

Bu qələbədən sonra türklər turnir cədvəlində yenidən set fərqinə görə “Rabitə”ni qabaqlayaraq, birinci pilləyə yüksəliblər.

Fənərbaxça 541 13-3393-32512
Rabitə54112-4392-32912
Dresdner 5144-12333-3673
Myulhaus5143-13293-3903


Qeyd edək ki, “Rabitə” V turda Almaniya “Dresdner”inə 3:0 hesabı ilə qalib gəlmişdi.