Havelkova qaçdı, Xaneef-Park çata bilmədi
12.01.2012 - 10:16
Havelkova qaçdı, Xaneef-Park çata bilmədi
Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk görüşündə “Yamamay” (İtaliya) - “İqtisadçı” (Azərbaycan) matçının ən güclüsünün adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 0:3 hesabı ilə uduzduğumuz matçın qəhrəmanı Busto Arsizio təmsilçisinin Yelena Havelkova olub.

O, komandasının “quru hesablı” qələbə qazanması üçün 18 vacib xal qazanıb.

“İqtisadçı”nın heyətində isə ən güclü Tayyubu Xaneef-Park olub. Amerikalı legionerimiz 14 dəqiq zərbə vurub. Eldar Əliyevin meydana çıxardığı digər voleybolçulardan İliyana Duqandziç 9, Veronika Brito və Alisa Blom hərəyə 8, Cennifer Doris 5 və Kristina Fernanda Ferreyra 3 xala seviniblər.

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Bakıda olacaq.