“Adrenalin olanda, özünü yorğun hiss etmirsən”
12.01.2012 - 11:41
“Adrenalin olanda, özünü yorğun hiss etmirsən”
“İqtisadçı” ilə oyunda diqqətimiz yayınırdı. Ancaq bir komanda kimi müdafiədə və blokda imkanlarımızı göstərə bildik”. Apasport.az saytının məlumatına görə, bunu “Yamamay” (İtaliya) voleybol klubunun baş məşqçisi Karlo Parisi deyib.

İtaliyalı mütəxəssis CEV kubokunun 1/8 finalının ilk matçında “İqtisadçı” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyunda yetirmələrindən razı qalıb. A seriyasının arxada qalan 11 turunda məğlubiyyət acısı yaşamayan Parisi bildirib ki, qələbədə hazırlaşdıq səviyyəsi mühüm rol oynayıb: “Adrenalin və yükləmələr olanda, özünü yorğun hiss etmirsən. Buna görə də belə problem yaşamadıq. Biz bir az risk etdik, ancaq hər şey yaxşı alındı. Yəni yorğunluğu bir kənara qoyub, enerjimizi gələcəkdə düzgün bölüşdürmək imkanımızı öyrənməliyik. Əlbəttə, hava toplarında daha yaxşı oynamağa da alışmalıyıq. Bu nəticəni Bakıda da təkrarlasaq, deməli güclüyük”.