“Avrokuboklarla 70 faiz vidalaşmışıq”
12.01.2012 - 16:52
“Avrokuboklarla 70 faiz vidalaşmışıq”
“Bu mövsüm çox uğursuz çıxış edirik. Demək olar ki, ilk oyundan sonra avrokuboklarla 70 faiz vidalaşmışıq”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiyanın “ZOK Split” voleybol klubunun baş məşqçisi İvitsa Yeliç deyib.

Təcrübəli mütəxəssis bu il sükanı arxasına keçdiyi komandanın çıxışından narazıdır. Belə ki, CEV kubokundan mübarizəya başlayan “ZOK Split” burada uduzduqdan sonra “Çelenc Cup”da da uğursuzluğa düçar olub. Bu dəfə onlar Bakının “Lokomotiv” komandasına 1/16 final mərhələsinin ilk matçında evdə 0:3 hesabı ilə məğlub olublar. Yeliç bildirib ki, 2 cəbhədə oynamaqları çətindir: “Bizim təkcə “Çelenc Cup”da deyil, ölkə çempionluğunu da qazanmaq iddiamız var. Bununla da gələn mövsüm Çempionlar Liqasında çıxış etmək istəyirik. Ancaq hazırda işlərimiz heç də yaxşı getmir. Evdə “Lokomotiv”ə 0:3 hesabı ilə uduzduğumuzdan cavab oyununda şansımız çox azdır. Rəqibimiz super güclü komandadır. Onlarda komandanı arxasınca daşıyanlar amerikalı Nansi Metkalf, bolqarıstanlılar Diana Nenova ilə Kremena Kamenovadır. Belə güclü rəqiblə oyunda yaxşı nəticəyə ümid bağlamaq çətindir. Ancaq biz oynamaq bacarığımızı meydanda göstərib, mübarizə aparmalıyıq”.