“Bakıdakı görüş bizim üçün daha yaxşı olacaq”
13.01.2012 - 00:01
“Ümid edirik ki, “Lokomotiv”lə ev oyunundan fərqli, Bakıdakı cavab görüşü bizim üçün daha yaxşı olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “ZOK Split” (Xorvatiya) klubunun voleybolçusu Mirela Milardoviç deyib.
Komandasının liberosu “Çelenc Cup”ın 1/16 final mərhələsində Bakının “Lokomotiv” klubuna evdə 0:3 hesablı məğlub olduqları üçün pərişandır. “Dəmiryolçular”ın belə güclü olmasını bilməyən Milardoviçin sözlərinə görə, gələn həftə paytaxtımızda olacaq görüşdə müdafiəyə xüsusi fikir verməlidirlər: “Biz konsentrasiyanı saxlamalı və top qəbulunda mütəşəkkil oynamalıyıq. O zaman asanlıqla hücum edib, “Lokomotiv”dən üstün ola bilərik”.

0
0