Elitsa Vasileva: Mən Polina Rəhimovadan güclüyəm
13.01.2012 - 10:29
Qadın voleybolçular arasında Çempionlar Liqasının V turunda “Foppapedretti” (İtaliya) – “Azərreyl” (Azərbaycan) oyununun ən güclünün adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin 1:3 hesabı ilə uduzaraq, qrup liderliyini itirdiyi görüşdə bombardir adını ev sahiblərinin voleybolçusu Elitsa Vasileva qazanıb.
O, “Azərreyl”dən nə az, nə çox – 28 xal alıb. Komandamızın heyətində isə ən çox xalı yenə Polina Rəhimova qazanıb. Millimizin də şərəfini qoruyan voleybolçu 20 xal toplayıb.
Digər voleybolçularımız - Paulino De Souza Pereyra 14, Hizer Erin Brun 13, Oksana Kovalçuk 9, Sara Anzanello 8, Oksana Parxomenko 5 və Jennifer Tamas 2 dəqiq zərbə vurublar.
Bakı təmsilçisinin heyətində debüt edən polşalı Karolina Kosek yalnız 2 -ci setdə meydana çıxaraq, 1 xala sevinib.

0
0