İvana Milos: Bacardığımız qədər daha irəli getməyi planlaşdırırıq
13.01.2012 - 11:40
İvana Milos: Bacardığımız qədər daha irəli getməyi planlaşdırırıq
“Bacardığımız qədər daha irəli getməyi planlaşdırırıq. Komandamız çox güclüdür”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Lokomotiv” klubunun voleybolçusu İvana Milos deyib.

Xorvatiyalı legioneri doğma ölkəsinin “Çelenc Cup”ın 1/16 final mərhələsinin ilk matçında “ZOK Split”ə 3:0 hesabı ilə qalib gəlmələrini yüksək qiymətləndirib. Onun sözlərinə görə, “dəmiryolçular”ın bu mövsüm əsas məqsədləri “Çelenc Cup”ı qazanmaqdır.

Milos bildirib ki, oyunun əvvəlində bir qədər çətinlik yaşasalar da, sonradan hər şey qaydasına düşüb: ““ZOK Split” çox təhlükəli rəqibdir. Startda xırda problemlər yaranmışdı. Lakin biz bunu aradan qaldırmağı bacardıq. Yəni yaxşı oynayaraq, bəhrəsini də gördük. Heyətimiz çox əladır və maksimum irəliləmək gücündəyik”.