AFFA videoçarx təqdim edəcək
13.01.2012 - 16:37
AFFA videoçarx təqdim edəcək
V Bakı Beynəlxalq Futzal Turnirinin ilk oyun günü - yanvarın 14-də keçiriləcək Azərbaycan – Özbəkistan qarşılaşması affatv.az saytında canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, görüşün fasiləsində Azərbaycan Prezidenti İlham Əliyevin Ağsu şəhər stadionu, Qəbələ şəhər stadionu və “Bakı”nın bazasının açılış mərasimində iştirakını əks etdirən videomaterial nümayiş olunacaq.

Bundan başqa, videoçarxda Bakı Sərgi Mərkəzində keçirilmiş “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin stendi, onlayn bilet satışı sistemi ilə tanış olması və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının start sayğacını işə salması da əks olunub.

Mənbə: affa.az