A seriyasında həmyerlimizdən qələbə payı
16.01.2012 - 10:29
Qadın voleybolçular arasında İtaliya A seriyasında XIV turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan milli komandasının blokçusu Kseniya Kovalenkonun şərəfini qoruduğu “Kariparma” “Riso Skotti Pavia”nın qonağı olub.
Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb – 3:1 (25:19, 23:25, 25:15, 25:18). Oyunun qəhrəmanlarından biri isə Kovalenko olub. O, matçda Parma təmsilçisinə 17 xal qazandırıb.
Qeyd edək ki, “Kariparma” qələbə sayəsində 8-ci pilləyə yüksəlib. Onların aktivində 15 xalları var.

0
0