Rəqiblərimizdən yalnız biri uduzdu
16.01.2012 - 11:08
Qadın voleybolçular arasında Azərbaycanı avrokuboklarda təmsil edən Bakının “Rabitə”, “Azərreyl” və “İqtisadçı” klublarının rəqibləri ölkə çempionatlarında növbəti görüşlərini keçiriblər. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin yetirmələri ilə Çempionlar Liqasının qrup mərhələsində yer alan və son turda voleybolçularımızla qarşılaşacaq Fransa “Myulhaus”u “İstr”lə qarşılaşıb.
Rəqibimiz səfərdə oynasa da, asan qələbə qazanıb – 3:0 (25:21, 25:15, 25:21). Bu qələbə “Myulhaus”u 2-ci pilləyə yüksəldib.
Türkiyə Super Liqasında isə “Rabitə”nin rəqibi “Fənərbaxça” “Azərreyl”lə eyni qrupda yer alan “Vakıfbank TTelekom”la üz-üzə gəlib. Oyun “sarı-lacivərdli”lərin 3:1 (25:18, 21:25, 25:13, 25:13) hesablı qələbəsi ilə başa çatıb. Görüşdən sonra turnir cədvəlində “Fənərbaxça” 39 xalla vahid liderliyini, qoruyub. “Vakıfbank TTelekom” isə 27 xalla üçüncüdür.
Faiq Qarayevin yetirmələrinə Çempionlar Liqasının V turunda qalib gələn “Foppapedreti” isə A seriyasında növbəti dəfə xal itirib. Onlar “Pyaçentsa”ya 2:3 (16:25, 19:25, 25:20, 25:10, 12:15) hesabı ilə uduzublar.
CEV kubokunun 1/8 final mərhələsində “İqtisadçı”nın rəqibi İtaliya “Yamamay”ı da turu qalib kimi bitirib. Onlar “Skavolini”ni 3:2 (25:14, 25:23, 19:25, 22:25, 15:9) hesabı ilə məğlub ediblər və turnir cədvəlində birinci yerdəki mövqelərini qoruyublar.

0
0