Fransada Saltalippi, Bakıda Kozlovski
16.01.2012 - 11:50
Fransada Saltalippi, Bakıda Kozlovski
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin son oyunlarını idarə edəcək hakimlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası yanvarın 17-də baş tutacaq VI turda “Myulhaus” (Fransa) – “Rabitə” (Azərbaycan) görüşünü italiyalı Fabrizio Saltalippiyə həvalə edib. Ona köməklik Mario Bernaolaya (İspaniya) tapşırılıb.

Həmin gün Bakıda baş tutacaq “Azərreyl” – “Tomis” (Rumıniya) matında əsas fit sahibi ukraynalı Viktor Kozlovski olacaq. Görüşdə II hakim funksiyasını isə Yevgeni Makşanov (Rusiya) yerinə yetirəcək.