“Rabitə”yə qalib gəlmək üçün hər fürsətdən istifadə edəcəyik”
16.01.2012 - 13:44
“Rabitə”yə qalib gəlmək üçün hər fürsətdən istifadə edəcəyik”
“Biz “Rabitə”nin nə dərəcədə güclü olduğunu yaxşı bilirik. Amma hər fürsətdən istifadə edəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Myulhaus” voleybol klubunun baş məşqçisi Maqaili Maqail deyib.

O, sabah Çempionlar Liqasının qrup mərhələsinin son turunda qarşılaşacağı “Rabitə” ilə görüş barədə fikirlərini açıqlayıb. Maqailin sözlərinə görə, ölkə çempionatının son oyunlarında qazandıqları qələbə və ikinci pilləyə yüksəlmələri onlara əlavə ruh yüksəkliyi verib: “Milli liqamızda son matçlardakı nəticələrimiz ümidləndiricidir. Bunun üçün əla oynayacağımıza inanıram”.

“Myulhaus”un kapitanı Armelle Faeşç da “Rabitə” ilə görüş barədə iddialı danışıb: “Düzdür, onlar möhtəşəm klubdur. Lider “Fənərbaxça”nın “Dresdner”lə qarşılaşmada xal itirəcəyinə ümid edən “Rabitə” Fransaya qələbə üçün gəlib ki, birinci olsun. Lakin biz məğlub olmamaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Myulhaus” – “Rabitə” görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.