Qrup liderliyi üçün son şans
16.01.2012 - 17:15
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin son oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər yarışında Bakının “Azərreyl” və “Rabitə” klubları VI turda qələbə qazanaraq, qrup liderləri olmaq arzusundadırlar.
Lakin bu heç də komandalarımızın özündən asılı deyil. Belə ki, səfərdə “Myulhaus”un qonağı olacaq “Rabitə”nin əsas diqqəti bu matçdan öncə baş tutacaq “Dresdner” – “Fənərbaxça” duelinə yönələcək. Çünki Almaniyada keçiriləcək oyunda qonaqlar “quru hesabla” qalib gələrlərsə, Zoran Qayiçin yetirmələri “Myulhaus”la görüşün nəticəsindən asılı olmayaraq, 1/8 finala qrup ikincisi kimi yüksələcəklər. Lakin növbəti mərhələ arzusunda olan “Dresdner” üçün də qələbə və ya ən azından 1 xal vacibdir. Əgər onlar bunu bacarsalar, “Rabitə” də rəqibinə qalib gəlsə ilk 2 pillədə komandaların yerləri dəyişə bilər. Amma bu halda “Myulhaus” da voleybolçularımıza qarşı ciddi müqavimət göstərəcək. Çünki onlar da almanlarla eyni xala malikdirlər.
D qrupunda yer alan “Azərreyl”in də qrup birincisi olmaq istəyini Türkiyə nəhəngi, analoji turnirin son qalibi – “Vakıfbank TTelekom” müəyyənləşdirəcək. Əgər Faiq Qarayevin yetirmələri “Tomis”lə görüşdə 3 xal qazanarlarsa və istanbullular “Foppapedretti” ilə dueldə xal itirərlərsə, həmyerlilərimiz lider olacaq. Çünki bu qrupda ilk “üçlük” müəyyənləşdiyindən mübarizə yalnız qrup birinciliyi uğrunda gedir.
Amma son oyunlarda inamlı təsir bağışlayan, hətta V turda “Azərreyl”i belə məğlub edən “Foppapedretti”nin Türkiyədə asan məğlub olmayacağını nəzərə alsaq, “Rabitə” ilə müqayisədə “dəmiryolçuların” birinci olmaq şansları daha yüksəkdir.
17 yanvar
VI tur
B qrupu
21:00. “Dresdner” (Almaniya) - “Fənərbaxça” (Türkiyə)
Hakimlər: Martin Hudik (Çexiya), Cor Van Qompel (Hollandiya)
Drezden, Marqon Arena
23:00. “MYULHAUS” (FRANSA) – “RABİTƏ” (AZƏRBAYCAN)
Hakimlər: Fabrizio Saltalippi (İtaliya), Mario Bernaola (İspaniya)
Myulhaus, Palais des Sports
D qrupu
19:00. “AZƏRREYL” (AZƏRBAYCAN) – “TOMİS” (RUMINİYA)
Hakimlər: Viktor Kozlovski (Ukrayna), Yevgeni Makşanov (Rusiya)
Bakı İdman Sarayı
21:30. “VAKIFBANK TTELEKOM” – “FOPPAPEDRETTİ” (İTALİYA)
Hakimlər: Borislav Pobornikov (Bolqarıstan), Karin Zaharçova (Çexiya)
İstanbul, Burhan Fələk Voleybol Salonu
Qeyd edək ki, ilk oyunda həm “Rabitə”, həm də “Azərreyl” rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Fənərbaxça | 5 | 4 | 1 | 13-3 | 393-325 | 12 |
---|---|---|---|---|---|---|
Rabitə | 5 | 4 | 1 | 12-4 | 392-329 | 12 |
Dresdner | 5 | 1 | 4 | 4-12 | 333-367 | 3 |
Myulhaus | 5 | 1 | 4 | 3-13 | 293-390 | 3 |
D qrupu
19:00. “AZƏRREYL” (AZƏRBAYCAN) – “TOMİS” (RUMINİYA)
Hakimlər: Viktor Kozlovski (Ukrayna), Yevgeni Makşanov (Rusiya)
Bakı İdman Sarayı
21:30. “VAKIFBANK TTELEKOM” – “FOPPAPEDRETTİ” (İTALİYA)
Hakimlər: Borislav Pobornikov (Bolqarıstan), Karin Zaharçova (Çexiya)
İstanbul, Burhan Fələk Voleybol Salonu
Vakıfbank TTelekom | 5 | 4 | 1 | 12-5 | 399-341 | 11 |
---|---|---|---|---|---|---|
Azərreyl | 5 | 3 | 2 | 12-7 | 434-411 | 10 |
Foppapedretti | 5 | 2 | 3 | 9-10 | 408-416 | 7 |
Tomis | 5 | 1 | 4 | 3-11 | 331-404 | 2 |

0
0