Azərbaycan çempionu rəsmən “Qalatasaray”da! - FOTO
17.01.2012 - 09:58
Azərbaycan çempionu rəsmən “Qalatasaray”da! - FOTO
Ötən mövsüm Bakının “Rabitə” voleybol klubu ilə Azərbaycan çempionu olan Marina Miletiç özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı legioner “Qalatasaray” komandasına transfer olunub.

O, “sarı-qırmızılar”la mövsümün sonunacan müqavilə imzalayıb.

Qeyd edək ki, 29 yaşlı voleybolçu “Rabitə”dən Türkiyənin 2-ci liqa komandası olan “Sarıyer Bələdiyyə”sinə keçsə də, burada cəmi 3 ay oynayıb.