“Bakı” üçün serbiyalı
17.01.2012 - 10:51
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda təmsil edən “Lokomotiv”in Bakıda Xorvatiyanın “ZOK Split” klubu ilə keçirəcəyi matça əsas referi kimi Benone Visan (Belçika) təyinat alıb. Qarşılaşmada köməkçi hakim funksiyasını rusiyalı Aleksandr Ryabtsov yerinə yetirəcək.
“Bakı”nın Kipr “Apollon”u ilə səfər görüşündə isə əsas fit sahibi Nenad Davidoviç (Serbiya) olacaq. Ona köməkliyi Lyubomir Sirakov (Bolqarıstan) edəcək.
Qeyd edək ki, hər 2 oyun yanvarın 18-də keçiriləcək.

0
0