Birinci yer bizlik deyil - YENİLƏNİB
18.01.2012 - 00:19
Birinci yer bizlik deyil - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər yarışının VI turunda Bakının “Azərreyl” klubu evdə, “Rabitə” komandası səfərdə gücünü yoxlayıb.

Hər 2 təmsilçimizin 1/8 finala qrup lideri kimi yüksəlmək şansı olsa da, buna Türkiyə klubları imkan verməyiblər. Düzdür, həm “Azərreyl”, həm də “Rabitə” oyunlarını 3:0 hesablı qələbə ilə başa vurublar.

Lakin səfərdə “Myulhaus”un qonağı olan Azərbaycan çempionunun birinci yeri tutmayacağı bu matçdan öncə keçirilən “Dresdner” (Almaniya) – “Fənərbaxça” (Türkiyə) oyununda bəlli olub. Belə ki, Zoran Qayiçin yetirmələrindən 2 set irəlidə olan türklər Almaniyada 1:3 hesabı ilə qalib gəliblər və üstünlüklərini qoruyublar. Nəticədə Bakı təmsilçisi Fransanın “Myulhaus” klubunu “quru hesabla” udsa da, növbəti mərhələyə qrup ikincisi kimi çıxıb. Bu isə onlara 1/8 finalda kifayət qədər güclü rəqib qismət edəcək.

“Rabitə”nin mübarizə apardığı B qrupunda mərhələ adlayan üçüncü komanda “Dresdner” olub. Onlar da yalnız set fərqinə görə fransızları qabaqlayıblar.

D qrupunda yer alan “Azərreyl”in də qrup birincisi olmaq istəyini Türkiyə nəhəngi, analoji turnirin son qalibi – “Vakıfbank TTelekom” müəyyənləşdirib. Faiq Qarayevin yetirmələri “Tomis”lə görüşdə “quru hesablı” qələbə sayəsində 3 xal qazansalar da, istanbullular “Foppapedretti” ilə dueldə xal itirməyiblər. Onlar İtaliya təmsilçisini məğlub etməklə, növbəti mərhələyə qrup lideri kimi yüksəliblər. Bu onların 1/8 finalda daha asan rəqiblə düşməsinə səbəb olacaq. Qrupumuzda mərhələ adlayan digər klub isə “Foppapedretti”dir.

17 yanvar
VI tur


B qrupu
“Dresdner” (Almaniya) - “Fənərbaxça” (Türkiyə) - 1:3 (23:25, 25:21, 15:25, 19:25)
Hakimlər: Martin Hudik (Çexiya), Cor Van Qompel (Hollandiya)
Drezden, Marqon Arena

“MYULHAUS” (FRANSA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 0:3 (16:25, 20:25, 17:25)
Hakimlər: Fabrizio Saltalippi (İtaliya), Mario Bernaola (İspaniya)
Myulhaus, Palais des Sports

Fənərbaxça 651 16-4489-40715
Rabitə65115-4467-38215
Dresdner 6155-15415-4633
Myulhaus6153-16346-4653


D qrupu
“AZƏRREYL” (AZƏRBAYCAN) – “TOMİS” (RUMINİYA) - 3:0 (25:20, 25:16, 27:25)
Hakimlər: Viktor Kozlovski (Ukrayna), Yevgeni Makşanov (Rusiya)
Bakı İdman Sarayı

“VAKIFBANK TTELEKOM” – “FOPPAPEDRETTİ” (İTALİYA) - 3:1 (25:13, 25:20, 18:25, 25:20)
Hakimlər: Borislav Pobornikov (Bolqarıstan), Karin Zaharçova (Çexiya)
İstanbul, Burhan Fələk Voleybol Salonu

Vakıfbank TTelekom65115-6492-41914
Azərreyl64215-7511-47213
Foppapedretti62410-13486-5097
Tomis6153-14392-4812


Qeyd edək ki, ilk oyunda həm “Rabitə”, həm də “Azərreyl” rəqibinə 3:0 hesabı ilə qalib gəlib.