Aydın Bəşirov: Onu yığmadakı taleyini həll etmək üçün Bakıya çağırmışam
17.01.2012 - 11:45
Bu gün basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasına namizəd Orxan Hacıyevanın son qərar verməsi gözlənilir. Bu barədə apasport.az saytına məlumatı basketbolçunun atası Aydın Bəşirov verib.
O bildirib ki, Orxanın yığmamızda oynayıb-oynamamağına axşam saatlarında federasiya rəhbərliyi ilə baş tutacaq görüşdən sonra aydınlıq gələcək: “Müəyyən müddətdir oğlumla maraqlanırlar. Biz də onun millimizdə çıxış etməsinin əleyhinə deyilik. Lakin hər şey peşəkarcasına olmalıdır. Çünki Orxan gəncdir. Onunla rəsmi müqavilə imzalanmasını istəyirik. Bu da ondan irəli gəlir ki, yığmada o, hansısa problemlə üzləşə və ya zədələnə bilər. Müqavilə imzalandıqda isə belə çətinliklərin aradan qaldırılması mümkündür. Çünki Orxanın karyerası hələ irəlidədir. Məhz bu səbəbdən də oğlumu 2-3 günlük Bakıya dəvət etmişəm ki, gəlsin federasiya rəhbərliyi ilə görüşək. Hər şeyə bundan sonra aydınlıq gələcək”.
Qeyd edək ki, Türkiyənin “Aliağa Petkim” klubunda forma geyinən 21 yaşlı Hacıyeva hələ yığmamız Avropa çempionatının B divizionunda çıxış edərkən milliyə dəvət olunmuşdu. Lakin həmin vaxt o “ay-ulduzlular”dan təklif gözlədiyindən yekun qərar verməmişdi. Bu mövsüm isə komandamız A divizionunda qüvvəsini sınayacaq və qonşu ölkədə yaşayan həmyerlimiz yenidən yığmaya namizədlərin siyahısında yer alıb.

0
0