Xorvatlar Bakıya qalib kimi gəlirlər
17.01.2012 - 13:49
Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsində Bakının “Lokomotiv” klubunun rəqibi “ZOK Split” (Xorvatiya) komandası ölkə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə “dəmiryolçular”a 0:3 hesabı uduzan Split təmsilçisi “OK Kastela” ilə qarşılaşıb.
Xorvatiya çempionatının lideri rəqibinə asan qalib gəlib – 3:0 (25:18, 25:19, 25:20). Bununla da onlar turnir cədvəlində 1-ci pillədəki yerlərini qoruyublar.
Qeyd edək ki, “Lokomotiv” – “ZOK Split” görüşü sabah olacaq.

0
0