Oksana Parxomenko oyunu yarımçıq tərk etdi
17.01.2012 - 19:31
Oksana Parxomenko oyunu yarımçıq tərk etdi
“Azərreyl”in voleybolçusu Oksana Parxomenko xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin kapitanı Çempionlar Liqasının VI turunda Rumıniyanın “Tomis” komandası ilə oyunda ciddi zədə alıb.

O, I setdə hücumda olarkən yıxılıb və meydanı komanda yoldaşlarının köməyi ilə tərk edib. Baş məşqçi Faiq Qarayevin yoxluğunda məşqçi Vüqar Əliyev onu Nutsara Tomkomla əvəzləmək məcburiyyətində qalıb.