Darmadağınla 1/8 finalda! - YENİLƏNİB
18.01.2012 - 23:10
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab görüşləri baş tutub. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Lokomotiv” və “Bakı” ikinci matçlarına fərqli məkanda çıxıblar.
Gözlənildiyi kimi hər 2 təmsilçimiz 1/8 final mərhələsinə darmadağınla vəsiqə qazanıblar. Belə ki, səfərdə Xorvatiyanın “ZOK Split” klubunu darmadağın edən Draqutin Baltiçin yetirmələri bu dəfə paytaxtımızda oynayıblar və rəqibinə heç bir şans verməyiblər. Ötən mövsüm “Çelenc Cup”ın finalına kimi irəliləyən “Lokomotiv” səfərdə olduğu kimi Bakıda da 3:0 hesablı asan qələbə qazanıb.
Onlardan fərqli, “Bakı” ilk oyunda “quru hesabla” məğlub etdiyi “Apollon”un gücünü bir daha Kiprdə yoxlayıb. Avrokubokda debüt edən komandamız rəqibinin zəif olduğunu növbəti dəfə Limasolda üzə çıxarıb. CEV kubokundan “Çelenc Cup”a düşən kiprlilər doğma azarkeşləri qarşısında da “Bakı” ilə oynamalarına peşman olublar və meydanı 0:3 hesablı məğlubiyyətlə tərk ediblər.
Beləliklə, hər 2 klubumuz daha bir mərhələ adlayaraq, 1/8 finalda oynamaq hüququ qazanıblar.
“LOKOMOTİV” (AZƏRBAYCAN) – “ZOK SPLİT” (XORVATİYA) - 3:0 (25:15, 25:10, 25:18)
Hakimlər: Benone Visan (Belçika), Aleksandr Ryabtsov (Rusiya)
Bakı İdman Sarayı
İlk oyun: “ZOK SPLİT” (XORVATİYA) – “LOKOMOTİV” (AZƏRBAYCAN) - 0:3 (18:25, 21:25, 15:25)
“APOLLON” (KİPR) – “BAKI” (AZƏRBAYCAN) - 0:3 (15:25, 17:25, 13:25)
Hakimlər: Nenad Davidoviç (Serbiya), Lyubomir Sirakov (Bolqarıstan)
Limasol, Apollon Hall
İlk oyun: “BAKI” (AZƏRBAYCAN) – “APOLLON” (KİPR) - 3:0 (25:20, 25:19, 25:13)
Qeyd edək ki, “Çelenc Cup”ın son qalibi Bakının “Azərreyl” klubudur.

0
0