“Orxanın yığmamızda çıxış etməsi məsələsi hələ də açıq qalır”
18.01.2012 - 11:59
“Oğlumun Azərbaycan milli komandasında çıxış etməsi məsələsi hələ açıq qalır. Bir gün öncə federasiya rəhbərliyi ilə görüşümüz planlaşdırılsa da, bu alınmadı. Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibovla bu gün görüşəcəyik”. Bunu apasport.az saytına açıqlamasında basketbol üzrə Azərbaycan milli komandasına namizəd Orxan Hacıyevanın atası Aydın Bəşirov deyib.
O bildirib ki, hələ danışıqlar müsbət yekunlaşmayıb: “Düzdür, dünən yığmanın baş meneceri Ləvənt Türknasla görüşdük. Lakin əsas məsələ hələ açıq qalır. Baş məşqçi Elxan Əliyevi də gördük. Onunla isə Orxanın hansı mövqedə oynadacağı ilə bağlı sabah danışacağıq. Təbii ki, hər şey Nəsibovla görüşdən sonra dəqiqləşəcək. Çünki cəmi 21 yaşlı oğlumu pul deyil, karyera maraqlandırır. Burada bizə onun gələcəyi ilə bağlı təminat önəmlidir”.
Qeyd edək ki, yığmamız hazırda Türkiyədə yaşayan və “Aliağa Petkim” klubunun şərəfini qoruyan Hacıyevanı 2 ildir heyətinə qatmaq istəsə də, bu hələ reallaşmır.

0
0