Bürünc mükafatçımızın avrokubokla vidalaşmaq təhlükəsi
18.01.2012 - 15:37
Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, bu yarışda qüvvəsini sınayan Bakının “İqtisadçı” klubu doğma divarlar arasında İtaliyanın “Yamamay” komandasını qəbul edəcək.
İlk görüşdə rəqibinə 0:3 hesabı ilə uduzan “tələbələr”in cavab oyununda revanş etmələri çətin olacaq. Çünki A seriyasında bu mövsüm hələ də uduzmayan “Yamamay”ın Bakıda növbəti mərhələyə yüksəlmək şansını itirəcəkləri inandırıcı görünmür.
Düzdür, Super Liqanın bürünc mükafatçısı CEV kubokunda debüt ilindəcə finala kimi irəliləmək arzusundadır. Lakin onlar bu istəyini həyata keçirmək üçün öncə oyunda Apennin təmsilçilərinə qalib gəlməli, ardınca “Qızıl set”də də qələbə qazanmalıdırlar.
Təbii ki, bu baş məşqçi əvəzi Eldar Əliyev üçün də vacibdir. Sabiq referiyə komandanın “sükanı”nı əmanət etmək istəyən “İqtisadçı” rəhbərliyi bu yarışda çıxışı əsas götürəcək.
19 yanvar
1/8 final mərhələsinin cavab oyunu
18:00. “İQTİSADÇI” (AZƏRBAYCAN) - “YAMAMAY” (İTALİYA)
Hakimlər: Sari Kolehmaynen (Finlandiya), Roy Qoren (İsrail)
Bakı İdman Sarayı
İlk oyun
“YAMAMAY” (İTALİYA) – “İQTİSADÇI” (AZƏRBAYCAN) - 3:0 (26:24, 25:17, 27:25)
Qeyd edək ki, “İqtisadçı” 1/16 final mərhələsində Rumıniyanın “Dinamo-Romprest” klubunu mübarizədən kənarlaşdırıb.

0
0