Çempionlar Liqasında Azərbaycan klublarının bəxti gətirdi
18.01.2012 - 16:44
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsində Bakının “Rabitə” və “Azərreyl” klublarının potensial rəqibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan komandaları növbəti mərhələyə qrup ikincisi kimi yüksəlsələr də, onların hər ikisi birinci səbətdə yer alıblar. Bu isə o deməkdir ki, paytaxt təmsilçiləri özlərindən zəif rəqiblə qarşılaşacaqlar.
Belə ki, ilk səbətə 5 qrup qalibi ilə yanaşı, ən yaxşı nəticəyə malik 3 qrup ikincisi də düşüb. Bunlardan ikisi Azərbaycan klubları, biri isə İtaliya “Skavolini”sidir.
Qruplarında 3-cü yerləri tutmuş komandalar isə ikinci səbətin əsasını təşkil edir. Bu beşliklə yanaşı, qrup ikincisi olan digər 2 komanda - “Əczaçıbaşı” (Türkiyə) və “Atom” (Polşa), ən yaxşı sonuncu kimi pley-offa yüksələn “Modranska” (Çexiya) klubları da bu səbətdə qərarlaşıb. Məhz bu 8 komanda da təmsilçilərimizin potensial rəqibləri sayılır. Amma onlardan “Dresdner” (Almaniya) “Rabitə” ilə, “Foppapedretti” (İtaliya) isə “Azərreyl”lə düşə bilməz. Bu da onunla bağlıdır ki, bu klublar eyni qrupda mübarizə aparıblar.
1-ci səbət: “Fənərbaxça”, “VakıfGünəş TTelekom” (hər ikisi Türkiyə), “Kann” (Fransa), “Dinamo” (Moskva), “Dinamo” (Kazan, hər ikisi Rusiya), “Rabitə”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Skavolini” (İtaliya)
2-ci səbət: “Əczaçıbaşı” (Türkiyə), “Villi Korteze”, “Foppapedretti”, (hər ikisi İtaliya), “Bank Fakro”, “Atom” (hər ikisi Polşa), “Dresdner” (Almaniya), “Volero” (İsveçrə), “Modranska” (Çexiya)
Qeyd edək ki, püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 17:30-da Lüksemburqda keçiriləcək.

0
0