“Bakı” “Rieka”ya rəqib oldu
18.01.2012 - 23:15
“Bakı” “Rieka”ya rəqib oldu
“Bakı” voleybol klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsindəki rəqibinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ancelo Vercesinin yetirmələri daha bir mərhələ adlamaq üçün Xorvatiyanın “Rieka” komandası ilə qarşılaşacaqlar.

“Rieka” “Bakı”dan fərqli, “Çelenc Cup”da mübarizəyə II təsnifat mərhələsindən qoşulub. Xorvatlar startda Finlandiyanın “OrPo Orivesi” komandasını məğlub ediblər.

Onlar 1/16 final mərhələsində isə Fransanın “İstr” klubunu mübarizədən kənarlaşdırıblar. Səfərdə 3:1 hesabı ilə uduzan rəqibimiz evdə də eyni hesabla qalib gəldiyindən, cütün taleyini “Qızıl set” həll edib və burada xorvatlar güclü olublar – 15:13.

1/8 final mərhələsinin ilk oyunu 31 yanvar – 2 fevralda Bakıda, cavab görüşü isə bir həftə sonra Riekada keçiriləcək.

Qeyd edək ki, avrokubokda debüt edən “Bakı” I təsnifat mərhələsində “Famaqusta” (Kipr), daha sonra “Evre” (Fransa), 1/16 finalda isə “Apollon” klublarına qalib gəlib.