“Vizura” Bakıya gələcək
19.01.2012 - 00:15
Bakının “Lokomotiv” voleybol klubu “Çelenc Cup”ın 1/8 final mərhələsində Serbiya komandasına rəqib olub. Apasport.az saytının məlumatına görə, “Vaşaş” (Macarıstan) və “ZOK Split” (Xorvatiya) üzərində inamlı qələbə qazanan “dəmiryolçular” bu dəfə “Vizura” klubu ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Rəqibimiz avrokuboka CEV kubokunda başlasa da, burada ilk cəhddəcə Yunanıstanın AEK komandasına uduzub və “Çelenc Cup”da qüvvəsini sınamaq məcburiyyətində qalıb. Onlar səviyyəsinə görə aşağı turnirin 1/16 final mərhələsində isə “Katrineholms”la (İsveç) üz-üzə gəliblər.
Evdə 3:1 hesabı ilə qələbə qazanan Belqrad təmsilçisi səfərdə isveçliləri “quru hesabla” məğlub edib və “Lokomotiv”ə rəqib olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunu 31 yanvar – 2 fevralda Bakıda, cavab görüşü isə bir həftə sonra Serbiyada keçiriləcək.

0
0