Kapitan üçün mövsüm bitdi - FOTO
19.01.2012 - 10:00
Kapitan üçün mövsüm bitdi - FOTO
“Azərreyl”in kapitanı Oksana Parxomenko bu mövsüm komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı voleybolçumuzun Çempionlar Liqasının VI turunda Rumıniya “Tomis”i ilə oyunda zədəsi ciddi olub.

Belə ki, matçın ilk setində zədələnən Parxomenko dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun diz bağlarının qırıldığı bildirilir.

Əməliyyat uğurlu keçsə də, onun ən azı 6 aydan sonra meydana qayıdışı gözlənilir.

Qeyd edək ki, Parxomenko az öncə zədədən yeni qayıtmışdı. O, həmin vaxt sağ biləyindən əməliyyat olunmuşdu.