Erkən vida - YENİLƏNİB
19.01.2012 - 20:17
Erkən vida - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu yarışda qüvvəsini sınayan Bakının “İqtisadçı” klubu cavab görüşündə İtaliyanın “Yamamay” komandasını qəbul edib.

Oyun əvvəlcədən də gözlənildiyi kimi gərgin keçib. Təəssüf ki, sonda sevinən tərəf Apennin təmsilçisi olub. İtaliyada 3:0 hesabı ilə qalib gələn “Yamamay” Bakıda da “İqtisadçı”nı məğlub edib. Onlar bu dəfə 3:2 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə yüksəliblər.

Beləliklə, CEV kubokunda debüt edən Super Liqasının bürünc mükafatçısı vaxtından əvvəl avrokubokla vidalaşıb.

19 yanvar
1/8 final mərhələsinin cavab oyunu


“İQTİSADÇI” (AZƏRBAYCAN) - “YAMAMAY” (İTALİYA) - 2:3 (21:25, 25:20, 19:25, 25:18, 13:15)
Hakimlər: Sari Kolehmaynen (Finlandiya), Roy Qoren (İsrail)
Bakı İdman Sarayı


İlk oyun: “YAMAMAY” (İTALİYA) – “İQTİSADÇI” (AZƏRBAYCAN) - 3:0 (26:24, 25:17, 27:25)

Qeyd edək ki, “İqtisadçı” 1/16 final mərhələsində Rumıniyanın “Dinamo-Romprest” klubunu mübarizədən kənarlaşdırmışdı.