Çempionlar Liqasında rəqiblərimiz bilindi – YENİLƏNİB
19.01.2012 - 19:31
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin və “Dördlər finalı”nın püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 17:30-da baş tutan tədbirdə Azərbaycanın “Rabitə” və “Azərreyl” klublarının rəqibləri müəyyənləşib.
Püşk 1/8 finalda Azərbaycan çempionunun bəxtinə Polşanın “Atom” komandasını qismət edib. C qrupunda Kazan “Dinamo”sundan sonra ikinci yeri tutan Sopot təmsilçisi ilə ilk oyunumuz səfərdə, cavab matçımız isə Bakıda olacaq.
“Rabitə” 1/4 finala yüksələrsə, burada yenidən qrup mərhələsində qarşılaşdığı “Fənərbaxça” ilə bir daha qüvvəsini sınayacaq. Çünki türklər ən yaxşı qrup dördüncüsü “Modranska” ilə oynayacaqlar və onlara uduzacaqları inandırıcı deyil.
Maraqlıdır ki, püşk Bakının digər klubu – “Azərreyl”ə də C qrupundan rəqib qismət edib. Burada “Atom”dan sonra üçüncü olan İsveçrə “Volero”su Faiq Qarayevin yetirmələri ilə 1/4 finala yüksəlmək uğrunda yarışacaq. Cütün qalibi isə “Dresdner” (Almaniya) - “Dinamo” (Kazan, Rusiya) duelinin ən güclüsü ilə oynayacaq.
1/8 final mərhələsi
1. “Modranska” (Çexiya) - “Fənərbaxça” (Türkiyə)
2. “Atom” (Polşa) - “Rabitə” (Azərbaycan)
3. “Dresdner” (Almaniya) - “Dinamo” (Kazan, Rusiya)
4. “Volero” (İsveçrə) - “Azərreyl” (Azərbaycan)
5. “Bank Fakro” (Polşa) - “Kann” (Fransa)
6. “Əczaçıbaşı” (Türkiyə) - “VakıfGünəş TTelekom” (Türkiyə)
7. “Foppapedretti” (İtaliya) - “Skavolini” (İtaliya)
8. “Villi Korteze” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya)
1/4 final mərhələsi
9. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
10. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
11. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
12. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
“Dördlər finalı”
13. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
14. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
Üçüncü yer uğrunda
15. 13-cü cütün məğlubu – 14-cü cütün məğlubu
Final
16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunu 31 yanvar – 2 fevralda, cavab görüşü isə 1 həftə sonra keçiriləcək. 1/4 final mərhələsinin qarşılaşmaları isə 21-23 fevral və 28 fevral – 1 martda baş tutacaq.
Bakıda baş tutacaq “Dördlər finalı” isə martın 24-25-ə təsadüf edəcək. Lakin yarımfinala eyni ölkənin 2 komandası yüksələrsə, cütlüklərdə dəyişiklik ediləcək və onlar bir-birinə rəqib olacaqlar.

0
0