Türkiyə klubunun oyunçusunun millimizdə çıxışı dəqiqləşdi
19.01.2012 - 12:07
Türkiyə klubunun oyunçusunun millimizdə çıxışı dəqiqləşdi
Türkiyənin “Aliağa Petkim” basketbol klubunun şərəfini qoruyan Orxan Hacıyeva Azərbaycan milli komandasında çıxış etməyə razılıq verib. Bu barədə apasport.az saytına məlumatı 21 yaşlı basketbolçunun özü verib.

Onun sözlərinə görə, Basketbol Federasiyasının prezidenti Nadir Nəsibovla görüşdən sonra bütün məsələlər həllini tapıb: “Bəli, artıq mən Azərbaycan yığmasının basketbolçusuyam. Həmişə ölkəmizin əsas komandasının şərəfini qorumaq istəsəm də, zədə səbəbindən alınmırdı. Lakin artıq hər şey qaydasındadır. Nadir müəllimlə görüşdən sonra bütün məsələlər həllini tapdı”.

Qeyd edək ki, Hacıyeva ötən mövsümdən millimizin maraq dairəsinə düşmüşdü.