“İnter” İrandan gələn futbolçunu sınayır
19.01.2012 - 17:37
“İnter” İrandan gələn futbolçunu sınayır
Antalyada təlim-məşq toplanışında “İnter” baxışa yeni futbolçu çağırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı komandası serbiyalı Boyan Beliçi sınamağa qərar verib.

Artıq “bankirlər”in düşərgəsinə qoşulan 1986-cı il təvəllüdlü legionerin bu gün Almaniyanın II Bundesliqa təmsilçisi “Karlsrue” ilə yoxlama matçında meydana çıxacağı gözlənilir. Baş məşqçi Kaxaber Sxadadze Beliçlə bağlı son qərarı yaxın günlərdə verəcək.

Qeyd edək ki, serbiyalı futbolçunun son komandası İran “Shəhrdari Təbriz”i olub.