“İqtisadçı”nın qənimi - FOTO
20.01.2012 - 10:12
Qadın voleybolçular aranda CEV kubokunun 1/8 final mərhələsinin cavab oyununda “İqtisadçı” (Azərbaycan) – “Yamamay” (İtaliya) görüşünün ən güclüsü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 2:3 hesabı ilk uduzduğu matçın qəhrəmanı yenə Yelena Havlekova olub.
İlk oyunda 18 xal qazanan çexiyalı legioner bu dəfə 25 xala sevinib.
“İqtisadçı”nın heyətində də İtaliyada olduğu kimi ən güclü dəyişməyib - Tayyubu Xaneef-Park. Amerikalı voleybolçu Havlekovadan 1 xal az toplayıb.
Komandamızın heyətində meydana çıxan digər voleybolçulardan Cennifer Doris 15, Veronika Brito və İliyana Duqandziç hərəyə 13, Alisa Blom 6, Kristina Patsulova ilə Kristina Fernanda Ferreyra hərəyə 3 və Alina İlyuta 1 dəqiq zərbə vurublar.
Qeyd edək ki, ilk matçda da 0:3 hesabı ilə uduzan “İqtisadçı” CEV kuboku ilə vaxtından əvvəl vidalaşmalı olub.

0
0