“İqtisadçı”nı təriflədi, meydanı pislədi
20.01.2012 - 11:44
“Bizim rəqibimiz çox güclü komanda idi. Onların azarkeşləri də möhtəşəm görünürdü və “İqtisadçı”ya tam dəstək verirdilər”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” klubunun voleybolçusu Flurtye Meyners deyib.
Bakının “İqtisadçı” klubu ilə CEV kubokunun 1/8 final mərhələsinin cavab oyununda çətin qələbə qazanan Meyners bildirib ki, hədəflərinə doğru inamla irəliləyirlər. Onun sözlərinə görə, ilk oyunda 3:0, ikinci qarşılaşmada 3:2 hesabı ilə qalib gəlmələri güclü olduqlarını bir daha göstərib: “Bakıda meydan da tam düz deyildi. Hətta biz adi topları qəbul etdikdə çətinlik çəkirdik. Hər halda, çətinliyi arxada qoyduq və qalib gəldik. Buna görə də özümüzü xoşbəxt hiss etməliyik”.
Qeyd edək ki, CEV kubokunun 1/4 final mərhələsinə yüksələn “Yamamay” “İqtisadçı” ilə Bakı İdman Sarayında qarşılaşıb.

0
0