“Rabitə”ni çox yaxşı tanıyıram və onların zəif nöqtələri yoxdur”
20.01.2012 - 14:00
“Azərbaycan klubu Çempionlar Liqasının bir nömrəli favoritidir”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Atom” voleybol klubunun direktoru Qriqori Zyeqa deyib.
Sopot təmsilçisinin rəsmisi Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib. O, 1/8 final mərhələsində “Rabitə” ilə qarşılaşacaqlarına görə təəssüf hissi keçirib. Ötən mövsüm Azərbaycan çempionunun Polşanın digər komandası “Bank Fakro”ya asanlıqla qalib gəlməsini xatırlayan Zyeqa bildirib ki, Bakı voleybolçuları ilə oyun çox çətin olacaq: “Fikrimcə, “Rabitə” “Dördlər finalı”na vəsiqə qazanacaq. Bu komandanı çox yaxşı tanıyıram və onların zəif nöqtələri yoxdur. Kimberli Qlass, Nataşa Osmokroviç və Natalya Məmmədova “Rabitə”nin əsas “silahları” hesab olunurlar”.
Klub rəsmisinin sözlərinə görə, o, “Rabitə”nin baş məşqçisi Zoran Qayiçlə yaxın dostdurlar: “Etiraf edim ki, mən serbiyalı mütəxəssislə çox yaxın dostam. Amma bunun oyuna heç bir adiyyatı yoxdur. “Rabitə” ilə dueldə rəqibə böyük hörmətlə yanaşıb, lakin həddən artıq qorxmamalıq. Sürpriz etməyə çalışmalıyıq”
Qeyd edək ki, “Rabitə” ilk oyunu səfərdə, cavab matçını isə Bakıda keçirəcək.

0
0