“Çətin duellərdə qalib gəlmək bacarığını Bakıda göstərdik”
20.01.2012 - 14:44
“Biz məqsədimizə çatdığımıza görə çox xoşbəxtik. Oyun gərgin keçdi. Biz göstərdik ki, daha vacib və çətin duellərdən qalib ayrılmağı bacarırıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” voleybol klubunun direktoru Massimo Aldera deyib.
O bildirib ki, CEV kubokunun 1/8 final mərhələsində Bakının “İqtisadçı” klubuna oyunları planlarına uyğun hesabla başa çatıb. Alderanın sözlərinə görə, Azərbaycan Super Liqasının bürünc mükafatçısı ilə cavab matçı daha gərgin alınıb: “Komandamızın İtaliya 3:0 hesablı qələbəsindən sonra Bakıda da uduzmadıq və 3:2 hesabı ilə onları məğlub etdik. İndi biz İtaliyaya əla xəbər və yaxşı məqsədlə qayıdırıq. Çünki lazımı işimizi görüb, mərhələ adladıq”.

0
0