Yığmamızın oyunçusu qəhrəmanlar arasında! - SİYAHI
20.01.2012 - 17:11
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışında “Rabitə” və “Azərreyl”lə təmsil olunan Azərbaycan klublarından ən yüksək yerdə Polina Rəhimova qərarlaşıb.
“Dəmiryolçular”ın şərəfini qoruyan yığmamızın hücumçusu 6 matçın 22 setində 136 xalla bombardirlik mübarizəsində ikincidir. İlk dövrədə birinci olan voleybolçumuzun mövqeyini itirməsi də başa düşüləndir. Çünki bu siyahıya başçılıq edən Neslihan Darnel (“Əczaçıbaşı”, Türkiyə) 26 hissədə meydana çıxıb və Rəhimovadan cəmi 9 xal çox toplayıb.
Rəhimovadan fərqli, digər voleybolçularımız ilk “üçlük”dən kənar qalıblar.
Ən çox xal toplayan
Ən yaxşı blokçular
Ən yaxşı top qəbul edənlər
Topu oyuna ən yaxşı daxil edənlər
Ən yaxşı toppaylayıcılar
Qeyd edək ki, “Azərreyl” və “Rabitə” hər ikisi qrup ikincisi kimi pley-off mərhələsində iştirak edəcəklər.

Klubu | Oyun sayı | Set sayı | Topladığı xal | |
---|---|---|---|---|
1. Neslihan Darnel | Əczaçıbaşı | 6 | 26 | 145 |
2. Polina Rəhimova | Azərreyl | 6 | 22 | 136 |
3. Natalya Qonçarova | Dinamo, Moskva | 6 | 22 | 117 |
...18. Nataşa Osmokroviç | Rabitə | 4 | 13 | 73 |
...23. Natalya Məmmədova | Azərreyl | 5 | 15 | 69 |
Ən yaxşı blokçular
Klubu | Oyun sayı | Set sayı | Topladığı xal | |
---|---|---|---|---|
1. Yuliya Morozova | Dinamo, Moskva | 6 | 22 | 30 |
2. Maya Polyak | Əczaçıbaşı | 6 | 26 | 30 |
3. Fabiana Klaudino | Fənərbaxça | 6 | 20 | 23 |
...7. Hizer Erin Brun | Azərreyl | 6 | 22 | 20 |
...13. Mira Qoluboviç | Rabitə | 6 | 19 | 16 |
Ən yaxşı top qəbul edənlər
Klubu | Oyun sayı | Set sayı | Düzgün qəbul (faizlə) | |
---|---|---|---|---|
1. Güldən Kuzubasıoğlu | Əczaçıbaşı | 6 | 26 | 51,27 |
2. Marketa Çlumska | Modranska | 6 | 22 | 47,41 |
3. Debora Ortsçitt | Myulhaus | 6 | 19 | 47,20 |
...10. Valeriya Korotenko | Azərreyl | 6 | 22 | 40,12 |
...19. Silviya Popoviç | Rabitə | 6 | 19 | 35,42 |
Topu oyuna ən yaxşı daxil edənlər
Klubu | Oyun sayı | Set sayı | Topladığı xal | |
---|---|---|---|---|
1. Bahar Toksoy | Vakıfbank TTelekom | 6 | 21 | 18 |
2. Aleksnadra Rose Klineman | Skavolini | 6 | 19 | 14 |
3. Neslihan Darnel | Əczaçıbaşı | 6 | 26 | 14 |
...6. Polina Rəhimova | Azərreyl | 6 | 22 | 10 |
Ən yaxşı toppaylayıcılar
Klubu | Oyun sayı | Set sayı | Əla ötürmə (faizlə) | |
---|---|---|---|---|
1. Asuman Karakoyun | Əczaçıbaşı | 6 | 12 | 43,59 |
2. Ana Antoniyeviç | Kann | 6 | 23 | 40,43 |
3. Mariya Milena Radeçka | Bank Fakro | 6 | 23 | 39,41 |
...7. İrina Jukova | Rabitə | 6 | 17 | 36,55 |
...16. Oksana Parxomenko | Azərreyl | 6 | 20 | 32,88 |
Qeyd edək ki, “Azərreyl” və “Rabitə” hər ikisi qrup ikincisi kimi pley-off mərhələsində iştirak edəcəklər.
0
0