Liderlər və autsayderlərin dueli
20.01.2012 - 18:00
Sabah basketbol üzrə kişilər arasında Azərbaycan çempionatında yaranmış fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, 28 günlük istirahətdən sonra II dövrənin oyunlarına start veriləcək.
Belə ki, yanvarın 21-də baş tutacaq VI turda 3 oyun baş tutacaq. Günün ilk görüşündə “Araz” – “NTL-Tudor” matçı keçiriləcək. Oyunun çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Lakin ilk dövrədə 93:86 hesabı ilə qalib gələn “Araz”ın sensasiyaya imkan verəcəyi inandırıcı görünmür.
Daha sonra autsayderlər - BDU ilə “AZTOP” bir-birlərini sınağa çəkəcəklər. Universitet komandasının tilsimi qıraraq, ilk qələbəsini qazanması gözlənilmir. Çünki ilk matçda 37 xal (86:49) fərqi ilə qalib gələn debütantın bu dəfə də eyni uğuru təkrarlayacağı proqnozlaşdırılır.
Tura “Qala” – “Çağ Öyrətim” görüşü ilə yekun vurulacaq. İkinci yer uğrunda “vuruşan” bu komandaların qarşılaşmasında hər 2 klub qalib gələ bilər. Lakin Elxan Əliyevin yetirmələri ilk dövrədə olduğu kimi (77:63) yenə də “şagirdləri” məğlub etmək gücündədir.
21 yanvar
14:00. “Araz” – “NTL-Tudor”
15:30. BDU – “AZTOP”
17.00. “Qala” – “Çağ Öyrətim”

1. Araz | 5 | 5 | 0 | 519-288 | 10 |
---|---|---|---|---|---|
2. Çağ Öyrətim | 5 | 3 | 2 | 335-341 | 8 |
3. Qala | 5 | 3 | 2 | 333-258 | 8 |
4. NTL-Tudor | 5 | 2 | 3 | 289-295 | 7 |
5. AZTOP | 5 | 2 | 3 | 347-372 | 7 |
6. BDU | 5 | 0 | 5 | 222-489 | 5 |
0
0