Rəqibimiz vahid lider oldu
22.01.2012 - 11:18
Rəqibimiz vahid lider oldu
Qadın voleybolçular arasında Çempionlar Liqasında Bakının “Rabitə” klubunun potensial rəqibi “Fənərbaxça” yerli çempionatda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “sarı-lacivrdlilər” “Əczaçıbaşı” ilə qarşılaşıblar.

Oyun “Fənərbaxça”nın 3:1 (19:25, 25:17, 25:17, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da 39 xalla vahid liderliyini davam edən komanda turnir cədvəlində ən yaxın izləyiciləri olan “Əczaçıbaşı”nı 4 xal qabaqlayıb.

Qeyd edək ki, “Rabitə” ilə qrup mərhələsində qarşılaşan “Fənərbaxça” 1/4 finalda da voleybolçularımızın rəqibi ola bilər.