Azərbaycanda ilk dəfə keçirilən çempionatda gözlənilməz nəticələr
22.01.2012 - 12:21
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında I turun ilk oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, ölkəmizdə ilk dəfə keçirilən çempionat sensasiyalarla start götürüb.
Belə ki, “Lokomotiv” – “Azəryolservis” görüşündə Super Liqadan fərqli, ikincilər qələbə qazanıblar. Onlar “dəmiryolçulara” 3:0 (25-20, 25:18, 25:19) hesabı ilə qalib gəliblər.
“İqtisadçı” – “Azərreyl” görüşündə də 3:0 (25:20, 25:18, 25:20) hesabı qeydə alınıb. Maraqlıdır ki, burada da “universitet komandası” daha güclü olub və onlar “Azərreyl”ə asanlıqla qalib gəliblər. Turun “Bakı” – “Rabitə” görüşü isə təxirə salınıb. Oyun yanvarın 24-də baş tutacaq.
Qeyd edək ki, II turun görüşlər yanvarın 26-da oynanılacaq.

0
0